Haqqımızda

Müasir nəsil yeni texnologiyalara, smartfonlara və internetə çox güvənir və gündəlik həyatlarını onlarsız artıq təsəvvür etmir. Pandemiyada başlayan cərəyan hazırda da daha geniş vüsət almaqdadır. Pandemiya zamanı evə yemək sifarişi ilə başlayan proses indi şəxsi və peşəkar həyatın bütün sahələrinə sirayət edib. İş axtarmaq və ya işçi tapmaq kimi məsələlər də internetə keçib. Əslində, hazırda namizədlər qəzet və ya ağızdan-ağıza ötürülən "sarafan radiosu"nda deyil, internetdə, sosial şəbəkələrdə və xüsusi peşəkar saytlarda yerləşdirilən elanlara diqqət yetirir. 
İnternetdə iş axtarışı prosesi MD Vakansiya portalında qeydiyyatdan başlayır və demək olar ki, hər bir işəgötürən və iş axtaran bunu edir, daha sonra bir neçə ərizəçi daha çox və daha sürətli cavablar və iş təklifləri alır, digərləri isə məlumatlar bazasında qeydə alınır və növbəti elanları gözləyir. 

MD Vakansiya-nın faydalığı
Bildiyimiz kimi, MD Vakansiya portalı, xüsusən də müasir dövrdə, işə götürənlərlə iş axtaranlar arasında olan boşluğu aradan qaldırmaqda mühüm rol oynayır. İxtisaslı iş axtaranlar öz bilik və bacarıqlarını peşəkar sektorda inkişaf etdirmək üçün onları tətbiq edə biləcəkləri müvafiq iş yeri axtarırlar. Digər tərəfdən, işəgötürənlər həm də vakansiyanı doldura biləcək lazımi istedada, ixtisasa, qabiliyyətə, təcrübəyə və səmərəliliyə malik olan namizədləri axtarırlar. Daha sadə sözlə desək, MD Vakansiya platforması istənilən işə götürənləri ən uyğun potensial işçilərlə birləşdirir.

MD Vakansiyada sadə, lakin güvənli qeydiyyat
Hər bir işəgötürən və ya iş axtaran əks tərəf haqqında dürüst və ətraflı məlumatları əldə etmək istəyir. Qeydiyyat proseduru MD Vakansiya-da çox sadədir və qeydiyyatı təsdiqləmək üçün cəmisi iki addım tələb olunur. 

Ödənişsiz və ya Sponsorluqlu iş elanları
Hər iş axtaran MD Vakansiya portalına bir az pul ödəmək istəməsə də, bir çoxları öz CV-lərinin görünməsini artırmaq üçün minimum məbləğ ödəyir. Xüsusilə isə, aktiv işçi axtaran şirkətlər və ya digər təşkilatlar MD Vakansiya portalı vasitəsilə ən çox və ən uyğun namizədləri tapmaq üçün iş elanlarına sponsoruluq etməyi seçirlər. Sponsorluq üçün iş elanı yaradıldıqdan sonra onun yerləşdirilməsi və təşviqini gücləndirmək üçün az miqdarda ödəniş etmək tələb olunur. Reklamlı iş elanı kimi sizin elanınız axtarışlarda daha çox müddət və tez-tez görünəcək, uyğun namizədlərə göndəriləcəkdir.